ABŞ-İRAN BÖHRANINDAN SONRA SƏUDİYYƏDƏN ÇIXIŞ: “HAZIRIQ…”

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən imtina elədiyi barədə açıqlamasından sonra Səudiyyə Ərəbistanı “neft tədarükü sahəsində yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün” əməkdaşlığa hazır olduqlarını bəyan edib.

    Səudiyyə Ərəbistanın SPA rəsmi informasiya agentliyinə müsahibə verən Səudiyyə Ərəbistanı Enerji Nazirliyinin yüksək vəzifəli məmuru deyib: “Yarana biləcək tədarük çatışmazlıqlarının təsirini azaltmaq üçün OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) daxilində və xaricindən böyük istehsalçıları və istehlakçı ölkələr ilə əməkdaşlıq edə bilərik”.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı Trampın İran ilə nüvə müqaviləsindən imtina eləmək qərarını dəstəklədiyini və bundan məmnun olduqlarını açıqlayıb.

    Hurriyyet.org