ABŞ-ın Suriyaya aviazərbəsi nəticəsində 4 uşaq və 5 qadın ölüb

    18

    ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın El-Hasaka əyalətinə endirdiyi aviazərbə nəticəsində 9 dinc sakin ölüb.

    RİA “Novosti” xəbər verir ki, zərbə El-Hasaka şəhərindən cənub-şərqdə yerləşən Hidaj kəndinə endirilib. Yerli televiziyanın məlumatına görə, raketlərin fərdi evlərə dəyməsi nəticəsində 4 uşaq və 5 qadın ölüb.

    Qeyd edək ki, mayın 1-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın El-Hasaka əyalətindəki Əl-Fadel yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 25 dinc sakin ölüb. Bundan bir gün əvvəl isə koalisiyanın Hama əyalətinə endirdiyi zərbə nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.