ABŞ-ın Suriyadakı təşkilatı qarşısında partlayış olub – 4 nəfər ölüb, 10 nəfər yaralanıb

    15

    Suriyanın şimal-qərbində ABŞ-ın humanitar yardım təşkilatının binası qarşısında partlayış törədilib.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bu barədə İdlibin mülki müdafiə təşkilatının müdiri Mustafa Hac Yusuf məlumat verib. Hadisə nəticəsində biri qadın olmaqla, 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış əyalətin Dana rayonunda baş verib. Hadisə bomba quraşdırılmış avtomobillə törədilib. Partlayış nəticəsində çox sayda binaya ziyan dəyib.