ABŞ-ın səhmləri bu həftə 3,18 trilyon dollar dəyər itirib – Koronavirusun yan təsiri

3

“S&P Dow Jones” İndeksinin hesablamalarına görə, bu həftə “Corona” virusu ucbatından ABŞ-ın səhmləri bazar dəyərinin 3.18 trilyon dollarını itirib.

Kapital etalonu Bazar ertəsindən Cümə axşamına qədər 2.997 trilyon dollar zərərə əlavə olaraq Cümə günü 203 milyard dollar dəyərsizləşib.

“S&P 500” indeksi fevralın 19-dakı ən yüksək göstəricidən 3.58 trilyon dollar zərərə düşüb.

Cümə günü səhmdarlar ölümcül Koronavirusun yaratdığı qlobal böyümənin yavaşlaması ilə əlaqədar güclü qorxu içərisində investorların riskli aktivlərindən qaçdıqlarını müşahidə ediblər.

Hər üç əsas indeks həftənin sonlarında ən yüksək səviyyələrdən 10% itki verib.

“Dow Jones Industrial” Bazar ertəsi günündən bəri təxminən 3500 bal itirib.

Yayılan ölümcül virus bazarlara şok dalğaları göndərib.

“Microsoft”, “Apple”, “Nike”, “United Airlines” və “Mastercard” kimi şirkətlər Koronavirus və onun qazanclara təsiri ilə bağlı ağ bayraq qaldırıb.

Federal Ehtiyat Fondu idarə heyətinin başçısı Cerom Pauell Cümə günü Mərkəzi Bankın ABŞ iqtisadiyyatında yaratdığı risklər üçün Koronavirus dalğasını izləndiyini və lazım gələrsə, Fondun hərəkətə keçəcəyini söyləyib.

Bundan dərhal sonra “Washington Post”-un bir xəbərində Tramp administrasiyasının Koronovarusun iqtisadi təsirinə qarşı mübarizə aparmaq üçün vergi endirimləri ideyası üzərində düşündüyü bildirilib.

Səhmlər həftəsonu, bir növ, Mərkəzi Banka və ya hökumətin təpkisinə uyğun olaraq günü minimumla başa vurub.

Meqqi Fitzcerald

“CNBC”, 29.02.2020

Tərcümə: Strateq.az