ABŞ-IN SANKSİYALAR SİYASƏTİ…

    6

    Vaşinqtonun bu addımı dünya iqtisadiyyatına zərbə vurur

    Amerika prezidenti Donald Tramp mayın 8-də İranla 2015-ci ildə imzalanmış nüvə sazişini ləğv etdikdən sonra Rusiya, İran, Şimali Koreya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanına aid müdafiə sənayesi müəssisələrini kütləvi qırğın silahları yaymaqda ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib.

    Rusiya mətbuatının verdiyi məlumata görə, siyahı ABŞ Dövlət Departameninin Federal Reyestrində yerləşdirilib. Siyahıda adı çəkilən ölkələrə məxsus 28 şirkət və fiziki şəxsin adları yer alıb.

    Əlbəttə, Amerika tərəfindən Rusiya və İrana sanksiyaların tətbiq edilməsi yeni deyil. Xatırladaq ki, ABŞ 2014-cü ilin mart ayından Rusiyanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub. Bundan əlavə, 2012-ci ildən Amerika hökumətinin iddialarına görə, Serqey Maqnitskinin ölümündə günahkar olan rusiyalı şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə qərar qəbul edilib. Bu il yanvarın sonunda da ABŞ Rusiya rəhbərliyinə yaxın olan 210 siyasətçi və məmura sanksiya tətbiq etdi. İndi isə Rusiyanın “Rosoboroneksport” silah şirkətinə sanksiya tətbiq edib ki, bu da “S-400” zenit raket kompleksinin Türkiyəyə satılmasının qarşını almaq məqsədi daşıyır. Ancaq ABŞ-ın bu niyyəti baş tutacaqmı, onu demək çətindir.

    ABŞ-ın İranla bağlanmış nüvə sazişini pozduğu halda İrana sanksiyalar tətbiq etməsi isə gözlənilən idi. Demək olar ki, Amerika İranı daima sanksiyalarla məruz qoyub. Tarixə nəzər yetirəndə aydın olur ki, hələ 1979-cu ildə Tehranda Amerika səfirliyinin tutulmasından sonra ABŞ banklarında İrana məxsus qızıl ehtiyatları və aktivlər dondurulub. Bundan əlavə, İranla işbirliyi quran şirkətlərə qarşı da sanksiyalar tətbiq olunub. 1995-ci ildə isə həmin sanksiyalar yumşaldılıb və üçüncü ölkələr vasitəsilə İrana Amerika məhsullarının satılması imkanı yaradılıb.

    2012-ci ildə İran bankalarına, həmçinin ölkənin atom sənayesi ilə işbirliyi olan şirkətlərə qarşı sanksiyalar növbəti dəfə sərtləşdirilib. 2014-cü ilin əvvəlində rəsmi isə Tehrana qarşı sanksiyalar nisbətən yumşaldılıb.

    İndi isə ABŞ İranın 6 nüfuzlu şəxsinə və 3 şirkətinə qarşı sanksiya tətbiq edib. Ancaq daima ABŞ-ın sanksiyalarına məruz qalan İran iqtisadiyyatı heç vaxt inkişafdan qalmayıb. Amma İran bu dəfə fərqli stiuasiya ilə üzləşə bilər. Çünki ABŞ nüvə sazişini pozduqdan sonra İran nüvə arsenalını genişləndirməyə cəhd edərsə, o zaman regionda yeni müharibə ocağının yaranması qaçılmaz ola bilər. ABŞ-ın himayəsində olan İsrail rəhbərlərinin müharibə ritarikalı bəyanatları da bunu deməyə əsas verir. İran da qarşı tərəfə öz növbəsində bəyanatlar verir. Əslində, Yaxın Şərqdə Amerikanın və İsrailin çəkindiyi bir dövlət varsa, o da İrandır. İrandan başqa, İraq, Liviya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Qətər kimi dövətləri ABŞ-ın əmri ilə oturub-dururlar. Amma İranı da bu dövlətlərlə eyni səviyyədə ölçmək doğru olmazdı. Çünki İranın hərbi gücü, iqtisadiyyatı ilə yanaşı, dövlətçilik tarixini nəzərə alsaq, İran tarixdə qüdrətli bir dövlət olub. Ona görə, İranın da o ölkələr kimi ABŞ və yaxud İsrailin nəzarətinə keçməsi mümkün deyil. Yaxın Şərqdə “dişsiz” dövətlətlərə nəzarət edən ABŞ və İsrailin İrana “dişinin” batmasını təsəvvür etmək olmur.

    Картинки по запросу Abş

    Yeri gəlmişən, “dişsiz”dövlətlərdən biri olan Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın sanksiya siyahısına əlavə edilən iranlı şəxslər və təşkilatları ölkənin “terror havadarları” siyahısına salıb. Qeyd etdiyimiz kimi, İrandan başqa, o dövlətlərin əksəriyyəti demək olar ki, ABŞ və İsrailin “otur”, “dur” əmri ilə hərəkət edirlər ki, bu da Yaxın Şərqdə müsəlmanların acizliyinin göstəricisidir.

    Maraqlıdr ki, ABŞ-ın sanskiya siyahısında Səudiyyə Ərəbistanın da adı yer alıb. Görəsən, ABŞ və İsrailin “otur”, “dur” əmri ilə hərəkət edən Səudiyyə Ərəbistanın niyə cənab Trampın qəzəbinə tuş gəlib? Təəccüblüdür ki, Səudiyyə Ərəbistanına aid bəzi müdafiə sənayesi müəssisələri nə üçün sanksiya siyahısına salınıb? Çünki Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-a son səfəri zamanı İrana qarşı təzyiqlərin artırılmasını tələb edib. Məhəmməd bin Salman deyib ki, İranla hərbi qarşıdurmadan qaçmaq üçün bir sıra addımlar atılmalıdır: “Bunu bacara bilməsək, 10-15 il içində İranla müharibə edəcəyik”. O, İrana qarşı təzyiqlərin artırılmasını tələb etdiyi halda, Səudiyyə Ərəbistanına da sanksiyaların tətbiq edilməsi onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı İranın düşməni olsa da, Amerika ilə sağlam müttəfiq deyil. Deməli, Səudiyyə Ərəbistanının da müdafiə sənayesinin güclənməsini istəmir. Belə məlum olur ki, Amerika qarşısında heç bir güclü dövlət görmək istəmir.

    Qarşısında heç bir güclü dövlət görmək istəməyən Amerika Türkiyənin də Seden Dənizçilik Xidmətləri Sənayesi və Ticarət Limited Şirkətinə də sanksiya tətbiq edib. Son vaxtlar regionda söz sahibi kimi davranan Türkiyənin maraqlarının da Amerika ilə toqquşduğu bəllidir. Görünür, Suriyanın Afrin bölgəsini terroçulardan təmizləyən Türkiyənin bu addımı çox ABŞ-ı ciddi narahat edib. Məhz buna görə də Türkiyənin “S-400”-ləri Rusiyadan almasına qarşıdır. Amma illərdir NATO-nun tərkibində Amerikanın xidmətində duran Türkiyə indi Amerikanın hədələrinə belə sərt reaksiya verir. Əslində, Amerikanın dünya iqtisadiyyatına təsiri güclüdür deyə, dünyaya, o cümlədən Türkiyəyə meydan oxuması qəbuledilməzdir. Əgər elədirsə, hər bir dövlətin maraqları var, Amerika da o maraqları nəzərə alıb, münasibətlər qurmalıdır. O baxımdan, Türkiyənin son vaxtlar yürütdüyü regional siyasət təqdirəlayiqdir.

    Amerikanın Şimali Koreyanın bəzi müdafiə sənayesi müəssisələrinə sanksiya etməsi də bir qədər təəccüblü gəldi. Çünki Şimali Koreya lderi Kim Çen In bir az öncə Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşündə səsləndirdi ki, Şimali Koreya nüvə istehsalına başlamayacaq. Nəzərə alsaq ki, bu görüşün Amerikanın dövlət katibi Mayk Pompeonun səyi ilə baş tutuduğu qeyd olunurdu, o zaman Amerika Şimali Koreyaya qarşı belə bir addım atmamalı idi. Görünür ki, Amerika heç zaman sanskiya siyasətindən çəkinməyəcək və özünün qüdrətini nümayiş etdirmək üçün dünyaya meydan oxuyacaq. Əslində, Amerikanın bu siyasəti özünü dünyadan təcrid siyasətidir, onsuz da bəzi dövlətlər bu sanksiyalara məhəl qoymurlar. Artıq Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib ki, Vaşinqtonun nüvə anlaşmasından çıxması və İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Ankara-Tehran əlaqələrinə, xüsusilə də iqtisadi və ticarət əlaqələrinə heç bir mənfi təsir göstərməyəcək”.

    Yeri gəlmişkən xatırladaq ki, ABŞ tərəfindən Şimali Koreyaya ilk iqtisadi sanksiyalar 1950-ci ildə tətbiq edilib və 2008-ci ilə qədər davam edib. 2013-cü ildən etibarən isə əlavə sanksiyalar tətbiq olunmağa başlayıb. Sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.

    Əslində, ABŞ Şimali Koreyanın müdafiə sənayesi müəssisələrinə sanksiya etməklə yenicə yumşalmağa başlayan Şimali Koreya lideri Kim Çen Inı yenidən nüvə silahı istehsalına sövq edə bilər və bu da Cənubi Koreya ilə bəpra olunmuş münasibətlərə zərbə vura bilər. Göründüyü kimi, ABŞ öz maraqları naminə heç bir dövləti və heç kimi nəzərə almır.

    Çinə aid bəzi müdafiə sənayesi müəssisələrinə sanksiyalara gəlincə, bu, gözlənilən bir haldır. Çünki…

    (Ardı var)

    Şamo EMİN, Hurriyyet.org