ABŞ-ın koalisiyası Suriyada dinc sakinləri bombaladı: 30 nəfərdən çox insan həlak oldu

    30

    Hurriyyet.org xəbər verir ki, Suriya dövlət televiziyası ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanın bu gün Deyr əz Zor vilayətinin Şaafa kəndinə aviazərbələr endirərək, çoxu qadınlar və uşaqlar olmaqla, 30 nəfərdən artıq dinc sakinin ölümünə səbəb olduğunu bildirib.

    “İxbairyyə” kanalının xəbərində deyilir: “Beynəlxalq koalisiya Şaafa kəndinə yeni aviazərbələr endirib. İlkin məlumatlara görə, 30 nəfərdən artıq dinc sakin həlak olub. Onlarən çoxu qadınlar və uşaqlardırlar”.

    Koalisiya qüvvələri İŞİD terrorçuları ilə mübarizə görüntüsü yaradan Suriya Demokratik Qüvvələrinə (SDQ-nin əsas hissəsini PYD/PKK terrorçuları təşkil edir) dəstək adı altında müntəzəm şəkildə Deyr əz Zor vilayətindəki Hancin şəhərinə və ona yaxın kəndlərə havadan zərbələr endirir.

    Suriya mətbuatı koalisiya tərəfindən dinc sakinlərin həlak edilməsi və ağ fosfordan istifadə olunması barəsində dəfələrlə məlumat verib. Suriya hökuməti BMT hakimiyyətini müqəssirlərə qarşı tədbirlər görməyə, koalisiyanın ölkə ərazisindəki qanunsuz fəaliyyətinə son qoymağa çağırıb.

    Hurriyyet.org