ABŞ-ın İranla bağlı planı məlum oldu – Vaşinqtondan ETİRAF

    6

    “Birləşdirilmiş Ştatlar hesab edir ki, İran nüvə silahını yaratmaq niyyətindən imtina etməyib”.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Nyu-Dehlidə “Observer Research Foundation” tədqiqat mərkəzində çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

    Amerika diplomatı Donald Tramp administrasiyasının İranla nüvə sazişindən çıxışı haqqında qərarın səbəbini izah edib. Heylinin sözlərinə görə, ABŞ İranda təhdid mənbəyi görür və belə fikir gümanlarla deyil, sübutlarla əsaslandırılıb.

    “İranla sazişə baxmayaraq, biz görürük ki, ölkə rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmağa davam edirlər. Onlar ballistik raketlərin hazırlanmasına davam edirlər. Onlar Yəməndə üsyançılara silah satmağa davam edərək terrorizmi dəstəkləyirlər. Yaxın Şərqdə hər münaqişənin arxasında İranı görürük”, – ABŞ-ın daimi nümayəndəsi iddia edib.

    O təsdiqləyib ki, Birləşdirilmiş Ştatlar siyasi və iqtisadi təzyiqin köməyi ilə İranı danışıqlar stoluna oturmağa, güzəştə getməyə və nüvə proqramı haqqında dəyişikliklərə məcbur etmək niyyətindədir.