ABŞ-ın F-35 qırıcısını Türkiyəyə verəcəyi tarix məlum oldu

    18

    ABŞ yeni nəsil qırıcı-bombardmançı F-35 təyyarəsini Türkiyəyə iyunun 21-ə təhvil verəcək.

    Hurriyyet.org bildirir ki, Trend bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verir.

    Qeyd olunur ki, bu Türkiyənin əldə etdiyi ilk F-35 olacaq. Bununla belə, həmin təyyarə noyabr ayınadək ABŞ-da qalacaq.

    Bu müddət ərzində Türkiyə pilotları təlimlər keçəcək.