ABŞ-ın Ali Məhkəməsi Trampın qrin-kartın verilməsini məhdudlaşdırmaq qərarını təsdiqlədi

18

Hurriyyet.org xəbər verir ki, ABŞ Ali Məhkəməsi Trampın qrin-kartın verilməsini məhdudlaşdırmaq qərarını təsdiqləyib. Söhbət ABŞ-da dövlətin sosial yardımından asılı ola biləcək mühacirlərdən gedir.

27 yanvar tarixində ABŞ Ali Məhkəməsi prezidenti Donald Tramp administrasiyasının daha da sərtləşən mühacir siyasətini dəstəkləyən qərar verib. Yeni qaydaya görəə, mühacirlərin müəyyən kateqoriyasının ABŞ-da daimi yaşamaq hüququnun verilməsi müraciətinə, daha dəqiqi, qrin-kart istəyinə rədd cavabı verilcək. Bu kateqoriyaya ABŞ dövlətinin sosial yardımından asılı ola biləcək mühacirlər aiddir.

Hüquq müdafiəçiləri Tramp administrasiyasının bu mövqeyini “varlılıq testi” adlandıraraq kəskin tənqid edirlər – bundan sonra müəyyən təbəqələrdən olan mühacirlərin ölkəyə daxil olması mümkün olmayacaq.

Ali Məhkəmənin qərarı İllinoys ştatından başqa, bütün ölkə ərazisində yeni immiqrasiya siyasətinin həyata keçirilməsinə imkan yaradacaq, həmin ştatda isə aşağı məhkəmə instansiyasının qərarı qüvvədə qalır.

23 yanvar tarixində isə xəbər verilmişdi ki, “doğum turizmi”ni məhdudlaşdırmaq məqsədi ilə ABŞ hamilə qadınlara viza verilməsi qaydalarını sərtləşdirməyə hazırlaşır.  

Hurriyyet.org