ABŞ-I TÜRKİYƏ QORXUSU SARDI! – NATO-da dominantlığı sona çatmaqdadır

    6

    Hurriyyet.org xəbər verir ki, ABŞ Nümayəndələr Palatası Pentaqonun büdcəsi ilə bağlı qanun layihəsini qəbul edib. Layihədə Pentaqondan Türkiyənin S-400 hava hücumundan müdafiə prosesi və bunun ABŞ-Türkiyə ikitərəfli münasibətlərinə potensial təsirləri barəsində bir hesabatın hazırlanması və bu hesabat hazırlanana qədər F-35 hərbi təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulur.

    ABŞ Nümayəndələr Palatası, Pentaqon büdcəsi ilə bağlı qanun layihəsini qəbul edib. Layihədə Pentaqondan Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini satınalma prosesi və bunun ABŞ-Türkiyə ikitətəfli münasibərlərinə potenial təsirləri barəsində hesabatın hazırlanması və bu hesabat hazırlanana qədər F-35 hərbi təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulur.

    “Münasibətlərin korlanması daha da böyüyə bilər”

    “Russia Today” (RT) televiziyasında qanun layihəsini dəyərləndirən rus analitik Oleq Ponomarenko, Türkiyəyə F-35 verilməsinin təxirə salınmasının bu ölkənin NATO ilə münasibətlərini çətinləşdirəcəyini bildirərək deyib: “Münasibətlərə verilən zərər ani addımlarla daha da arta bilər. Yenə də ən azı mövcud məhrələdə onların daha da həssas davranacağını düşünürəm. Çünki 100 təyyarə olduqca böyük müqavilədir. İkincisi, Türkiyə əvvəldən bəri bu proqramın tərəfdaşıdır. Üçüncüsü, təxmin edildiyi kimi, Türkiyə Avropa arenasında F-35-lərə təmin ediləcək xidmət üçün texniki mərkəz ola bilər. Üstəlik, təyyarənin hissələrinin istehsalında iştirak edir”.

    ABŞ və Türkiyə arasındalı münasibətlərin pisləşməsinə təsir edən digər bir ünsürün də rahib Endrü Bransonun həbs edilməsi olduğunu bildirən Ponomarenko deyib: “Ankara Bransonu Amerikada olan Fətullah Gülənlə dəyişmək niyyətindədir”.

    “ABŞ-ın NATO-dakı dominantlığının sona çatması deməkdir”

    Vaşinqtonun digər ölkələrə qarşı düşüncəsiz siyasət yürütdüyünü söyləyən Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının əməkdaşlı Konstantin Sivkov, RT-yə açıqlamasında deyib: “ABŞ Türkiyənin onların etibarlı müttəfiqi olmaqdan çıxdığını anlamağa başlayır. ABŞ həmişə NATO daxilində dominant mövqeyində idi. İttifaq daxilinə rus silahlarının daxil olması ABŞ-ın NATO-dakı dominantlığının sona çatması deməkdir”.

    Hurriyyet.org