Hurriyyet.org xəbər verir ki, Pentaqon (ABŞ MN) Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə imzalamasının təkcə Birləşmiş Ştatlardan F-35 təyyarələrinin deyil, həm də F-16 təyyarələrinin, CH-47F Chinook və UH-60 Black Hawk vertolyotlarının da alınmasına təsir göstərəcəyini bildirib.
ABD Müdafiə Nazirliyinin (Pentaqon) noyabrın 15-də Konqresə təqdim elədiyi və Türkiyə-Amerika münasibətlərindəki mövcud vəziyyətin ətraflı şəkildə qiymətləndirdiyi hesabatın detalları ictimaiyyətə bəlli olub.
12 səhifəlik hesabatın iki səhifəlik xülasəsində Türkiyənin NATO-nun cənub-şərq qanadında “fövqəladə geosiyasi mövqeyə sahib olduğu və bu səbəbdən ABŞ ilə Türkiyənin mühüm regional mənfəətlərinin olduğunun” qeyd edilməsi diqqəti cəlb edir.
Hurriyyet.org