ABŞ-dan Türkiyə-Suriya sərhədi barəsində açıqlama: “NİYYƏTİMİZ YOXDUR”

6

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Baş Qərargah rəisi Mark Milley ölkəsinin Türkiyə-Suriya sərhədinə yenidən hərbçi yerləşdirilmək niyyətində olmadığını bildirib.

ABŞ müdafiə naziri Mark Esper və ABŞ Baş Qərargah rəisi Mark Milley Nümayəndələr Məclisinin Silahlı Xidmətlər Komitəsində çıxış ediblər. Milley ABŞ-ın Suriyadakı hərbi varlığı ilə bağlı suala cavab verərkən deyib: “Suriyadakı missiyamız Suriyanın şərqində İŞİD ilə aparılan mübarizədir. Türkiyə-Suriya sərhədinə bir daha hərbçi yerləşdirmək məsələsində nə niyyətimiz, nə də planımız vardır”.  Nazir “Barış bulağı” əməliyyatından əvvəl bölgədəki xüsusi təyinatlıların hərbçilərinin oranı tərk elədiyini və Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə sərhəd bölgələrindəki hərbçilərin şərqə keçdiyini bildirib.

Nazir Esper də ABŞ missiyasının hazırda sadəcə ölkənin şərqindəki neft bölgələrində İŞİD terror təşkilatının yenidən ortaya çıxmasını əngəlləmək olduğunu bildirərək deyib: “Sərhəd bölgəsinə hərbçi göndərməyimiz hazırkı mərhələdə mümkün görünmür”.

“Suriyanın daxili işinə qarışmayacağıq”

Bir konqres üzvünün “ABŞ-ın bir daha Suriyadakı daxili müharibəyə qarışıb-qarışmayacağı” sualının cavabında Esper  deyib: “Bununla bağlı müzakirələr aparılmır”.

ABŞ Suriyanın şərqində Suriya Demokratik Qüvvələri adı altında fəaliyyət göstərən YPG/PKK terrorçularına dəstək vermək üçün orada 600 hərbçi saxlayb.