ABŞ-DAN TÜRKİYƏYƏ TƏHDİD KİMİ MESAJ

    9

    ABŞ-dan Türkyəyə F-35 təhdidi: “Təyyarələrin verilməsi ilə bağlı son qərarımızı verməmişik”

    Hurriyyet.org xəbər verir ki, son dövrdə ABŞ Türkiyə ilə münasibətlərini 3 maddə ilə məhdudlaşdırıb. Xarici işlər naziri Mayk Pompeo S-400 sistemi, F-35 təyyarələri və Balkan yarımadasındakı Türkiyə təsirini gündəmə gətirib. Pompeo, Türkiyəyə F-35 bombardman təyyarələrinin verilməsi ilə bağlı son qərarın hələ verilmədiyini bildirib.

    Amerikanın Suriyadakı PKK bazalarını müdafiə elədiyi və FƏTÖ təşkilatını himayə eləməsi səbəbindən gərginləşən ABŞ-Türkiyə münasibətləri hələ də yoluna düşmür.

    ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasının iclasında çıxış edən xarici işlər naziri Mayk Pompeo Türkiyə ilə bağlı məsələləri 3 maddədə səsləndirib.

    S-400 sistemləri

    NATO-nun normal mövqeyinə rəğmən, ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin almaması üçün təzyiqini davam etdirir.

    Mayk Pompeo Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaması üçün səy göstərdiklərini, bu sövdənin baş tutmayacağına ümid elədiklərini bildirib.

    F-35 təhdidi

    S-400 sistemlərinin alınmasına qarşı ABŞ XİN rəhbəri, Türkiyəyə F-35 qırıcı təyyarələrin təhvil verilməsi ilə bağlı son qərarı vermədiklərini bildirərək, təhdid edib. Pompeo Türkiyənin NATO üzvü olaraq qalmasını istədiklərini, lakin, Ankaranın ittifaqın siyasətinə uyğun davranmalı olduğunu söyləyib.

    “Türklər Balkan yarımadasında qeyri-sabitlik yaradırlar”

    Pompeo çıxışında Bosniyada türklərin rəğbətlə qarşılanmasından narahatlığını bildirib.

    O əvvəlcə Rusiyanı nəzərdə tutaraq deyib: “Bosniyadakı riskləri anlayırıq. Bu bölgənin çox mühüm olduğunu düşünürük. Rusiyanın bu bölgədə qeyri-sabitlik yaratmaq üçün çox çalışdığını bilirik”.

    Komissiya üzvü olan vəkillərdən birinin “Türklər kimi” sualının cavabında Pompeo “Bəli” deyib. “Bizi daha yaxşı vəziyyətə gətirə biləcək strategiya üzərində işləyirik”.

    Hurriyyet.org