ABŞ-DAN TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİ POZACAQ QƏRAR!

    6

    Hurriyyet.org xəbər verir ki, ABŞ konqresi Türkiyəyə F-35 satışını dayandıran qalmaqallı qərar qəbul edib.

    ABŞ Nümayəndələr Məclisi illik müdafiə siyasətlərini nizamlayan 716 milyard dollarlıq Milli Müdafiə İcazəsi Aktını (NDAA) qəbul edib.

    Qanun layihəsinin Nümayəndələr Məclisi versiyasında müdafiə nazirindən Türkiyə ilə münasibətlərin vəziyyəti barəsində hesabat hazırlanması və bu hesabat hazır olana qədər F-35 hərbi təyyarələrinin satışınının təxirə salınması nəzərdə tutulur.

    NDAA layihəsinin Senat versiyası da qanuniləşmə yolunda ilk mərhələdən keçib. Senatın Silahlı Xidmətlər Komitəsi də öz versiyasını qəbul edib və bu versiyada Türkiyənin F-35 proqramından çıxarılması tələb edilib. Layihənin bu versiyası Komitədən sonra Senatda səsə qoyulacaq.

    Qanun layihəsinin Senatda müzakirə və qəbul edilməsinin ardından hər iki qanunverici orqandan nümayəndələr toplaşaraq, iki müxtəlif versiyanı müzakirə edəcək və qanun layihəsinin yekun variantını ərsəyə gətirəcəklər. Qanun layihəsinin təsdiqlənmək üçün prezident Donald Trampa göndəriləcək yekun versiyasında Türkiyə ilə bağlı maddənin olub-olmayacağı hələlik bəlli deyil.

    Hurriyyet.org