ABŞ-dan TÜRKİYƏ AÇIQLAMASI – “Ankara və Vaşinqton arasındakı münasibətlər…”

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ XİN idarəsinin mətbuat katibi Hizer Noyert Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıçı Ankaraya geri çağırmasının ABŞ-Türkiyə əlaqələrinə təsir eləməyəcəyini bildirib.

    Paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı bu məsələ ilə bağlı verilən sualın cavabında deyib: “Türkiyənin səfirini geri çağırmasından xəbərdarıq və Türkiyənin belə eləmək hüququ vardır. Lakin bu addımın Türkiyə hökuməti ilə aramızdakı münasibətlərə təsir edəcəyini düşünmürəm. Türkiyə mühüm bir NATO müttəfiqi olaraq qalmaqdadır və Türkiyə hökuməti ilə gələcəkdəki danışıqları da səbirsizliklə gözləyirik”.

    “Türkiyə xarici işlər naziri keçmiş nazir Tillerson ilə Menbiç mövzusunda ilkin razılaşma əldə elədiyimizi söyləmişdik. O zaman, siz belə razılaşma olmadığını söylədiniz. Türkiyə ilə ABŞ arasında Menbiç məsələsində bir razılaşma olmadığı ilə bağlı mövqeyini eynidirmi” – sualının cavabında Noyert deyib: “Bu doğrudur. Menbiç ile bağlı danışıqlar davam edir və hələ ki, yekunlaşdırılmayıb. Bu məsələ ilə bağlı yeniliyimiz yoxdur. Lakin demək istərdim ki, yeni xarici işlər nazirimiz də Türkiyə hökuməti ilə danışıq aparmaq qabiliyyətinə malikdir”.

    Hurriyyet.org