ABŞ-DAN İSRAİLƏ ŞOK! – HƏRBİ TƏYYARƏLƏR…

    12

    Hurriyyet.org xəbər verir ki, bu ilin mart ayında Xorvatıstana köhnə F-16 hərbi təyyarələrini 485,6 milyon dollara satacağını bildirən İsrail ABŞ tərəfindən maneə ilə qarşılaşıb.

    ABŞ-ın “Channel 10 news” informasiya kanalına müsahibə verən israilli mənbə ABŞ iqtidarının israilin Amerika istehsalı olan F-16 təyyarələrini Xorvatıstana satmasına razılıq vermədiyini söyləyib. Açıqlamada İsrailin F-16 təyyarələrini Xorvatıstana satmaq cəhdinin Tramp iqtidarını çox hiddətləndirdiyi bildirilib.

    Xorvatıstanın baş naziri Andrey Plenkoviç və İsrailin baş naziri Binyamin Netanyahu bu ilin yanvar ayında F-16 təyyarələrinin satılması məsələsində razılıq əldə eləmiş və bu barədə xəbər ictimaiyyətə mart ayında açıqlanmışdı.

    Bu ilin oktyabr ayında isə Xorvatıstanın müdafiə naziri Damir Krsticevic ilə ABŞ səfiri Robert Kohorstın nəzarəti altında 53 milyon dollarlıq ABŞ istehsalı olan Sikorski S-70 tipli iki vertolyot Xorvatıstanın Pleso rayonunda yerləşən bazaya hədiyyə edilmişdi.

    Hurriyyet.org