ABŞ-dan Çinə daha bir ZƏRBƏ – Viza qaydalarını dəyişir

    3

    ABŞ Çin vətəndaşlarına viza verilməsinə dair qaydalara dəyişiklik edəcəyi ilə bağlı bəyanat yayıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, yeni qaydaların iyunun 11-dən etibarən tətbiq ediləcəyi gözlənilir.

    Məlumatda qeyd olunur ki, ABŞ viza müddətini məhdudlaşdırma hüququnu özündə saxlayır: "Bu günə qədər Çin vətəndaşlarına verilən vizaların əksəriyyəti maksimum işlətmə müddətinə malik idi. Lakin artıq iyunun 11-dən etibarən bu qaydalar dəyişəcək. Qaydaların dəyişdirilməsinə səbəb isə ABŞ-ın milli təhlükəsizlik strategiyasıdır. Görülən tədbirlər milli təhlükəsizlik strategiyası çərçivəsində və əqli mülkiyyətin rəqibə keçməsinin qarşısının alınması üçün görülüb. ABŞ əvvəlki kimi Çindən tələbələr, eləcə də vətəndaşlar qəbul etməyə davam edir".