ABŞ-dan gözlənilməz açıqlama! – ÇOX YAXINDA…

    6

    Tramp: "Avropa İttifaqı ilə bir araya gələcəyik"

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp deyib: “Ticarət məsələləri ilə bağlı Avropa İttifaqı ilə çox yaxın zamanda bir araya gələcəyimizi düşünürəm. Bir yol tapılıb-tapılmayacağını görmək istəyirəm”.

    ABŞ prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatına ABŞ-a müvafiq şəkildə davranması ilə bağlı xəbərdarlıq edib və belə olmayacağı təqdirdə ABŞ-ın tədbirlər görəcəyini söyləyib.

    Hollandiyanın baş naziri Mart Rutt ilə görüşü zamanı jurnalistlərin suallarına cavab verən Tramp ABŞ-ın ÜTT-dən çıxması xəbərini təkzib edib, lakin ÜTT-in proqramlarını dəyişdirməsinin lazım olduğunu vurğulayıb.

    Xatırladaq ki, dünən qarşılıqlı ticari anlaşılmazlıqlar məsələsi ilə bağlı Aİ Komissiyasının ABŞ Ticarət Nazirliyinə göndərdiyi məktub mətbuata sızmışdı. Məktubda Avropa İttifaqı ABŞ-ın Avropa ölkələrindən idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq eləmək qərarı alacağı təqdirdə 294 milyard dollarlıq ticari cavab addımı ata biləcəyi barəsində xəbərdarlıq eləmişdi.

    Hurriyyet.org