ABŞ-dan Dehliyə TƏKLİF: “Rusiyadan alma, biz verək”

    12

    ABŞ Hindistana S-400-ün yerinə THAAD sistemləri almasını təklif edəcək.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Hindistanın “Ekonomik Tayms” qəzeti yayıb. Vaşinqtonun bu təklifi iki ölkənin müdafiə və xarici işlər nazirlərinin 6 iyuldakı görüşündə səsləndirəcəyi bildirilib.

    Hələlik rəsmi Dehlinin hansı silaha üstünlük verəcəyi bilinmir.

    Qeyd edək ki, Rusiya ilə Hindistan arasında S-400 satışıyla bağlı saziş, demək olar ki, tam razılaşdırılıb. Amma hələlik müqavilə imzalanmayıb.