ABŞ-dan aləmi bir-birinə qarışdıracaq TƏKLİF – AMERİKA MƏTBUATI YAYDI

    9

    Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ştatların nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”un verdiyi xəbərə görə. Ötən ay keçirilən ikitərəfli görüş zamanı ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrona Fransanın Avropa İttifaqından ayrılacağı təqdirdə “qazanclı ikitərəfli razılaşma” təklif edib. Qəzetin yazdığına görə, iyunun 24-də keçirilən görüş zamanı Tramp Makrondan soruşub: “Niyə Avropa İttifaqından ayrılmırsınız?”

    Vaşonqton postda dərc edilən məqalənin başlığı belədir: “Tramp Avropa İttifaqının sabitliyini pozmağa çalışır”.

    İki avropalı yüksək vəzifəli şəxsə istinad edilən xəbərdə deyilir: “Tramp Fransa rəhbərində “Avropa İttifaqının ABŞ ilə ticarət razılaşmasından daha yaxşı şərtləri olan” ikitərəfli tizarət razılaşması təklif edib”.

    Bundan əvvəl CNN kanalının xəbərində bildirilmişdi ki, Tramp görüş zamanı Makrona Aİ-nin ticarət məsələsində “Çindən daha pis” olduğunu söyləyib. Ağ Ev qəzetin xəbərini təkzib eləməsə də, məsələ ilə bağlı şərh verməkdən də imtina edib.

    Hurriyyet.org