ABŞ-da zəlzələ oldu – 6.3 bal gücündə

45

ABŞ-ın Aydaho ştatında 6,3 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri Boyse şəhərindən 151 km şimal-şərqdə, ocağı isə 33 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib./apa/