ABŞ-da virusdan ölənlərin sayı artır! – UÇUŞLAR TƏXİRƏ SALINDI!

9

Hurriyyet.org xəbər verir ki, Amerika Birləşmiş Ştatları ərazisində yeni tipli koronavirusdan ölənlərin sayı 11 nəfərə çatıb.

İlk dəfə ABŞ-ın Kaliforniya ştatında bir nəfər Kovid-19 virusundan ölmüşdü. Virusun qurbanı olan qalan 10 nəfər isə Vaşinqton ştatında dünyasını dəyişib.

Nyu-York ştatında artıq 6 nəfərin virusa yoluxması halı qeydə alınıb. Həmin 6 nəfərlə təmasda olmaları ehtimalı olan min nəfərə yaxın şəxs evlərində karantin altında saxlanılmaq istədiklərini bildiriblər.

“Yunayted” aeroşirkəti epidemiya qorxusundan səfər tələbləri azaldığından  aprel ayı üçün daxili reyslərin 10 faiz, beynəlxalq reyslərin isə 20 faiz azaldılmasını qərara aldıqlarını bildirib.

Ümumilikdə ABŞ-ın 15 ştatında 110 koronavirus xəstəsi olduğu bildirilir.

Hurriyyet.org