ABŞ-da qəzet redaksiyasına silahlı hücum – ÖLƏNLƏR VAR

    12

    ABŞ-ın Merilənd ştatının mərkəzi Annapolis şəhərində yerləşən "Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

    Bu barədə Annapolis şəhərinin polisinin nümayəndəsi bildirib.

    Bildirilir ki, insident nəticəsində bir nəfər şəxs şübhəli qismində saxlanılıb. Polis redaksiya binasını təxliyə edib, orada axtarışlar aparıb.

    Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin təfərrüatları hələlik məlum deyil və cinayət işi açılıb.