ABŞ-da prezidentliyə real namizədlərdən olan yəhudi senator Netanyahunu “İRQÇİ” ADLANDIRDI

9

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədləri arasında lider olan Bernard Sanders İsrailin baş naziri Benyamin Netanyahunu “irqçi” adlandırıb. ABŞ-ın Kapolina ştatında keçirilən və CBS kanalı tərəfindən canlı şəkildə translyasiya edilən verilişdə Demokratlar Partiyasından 7 nəfər namizəd müzakirələrdə iştirak edib.

Sanders bu müzakirədə İsrail-Fələstin məsələsinin Trampın göstərdiyi yolla həll edilməsinin mümkün olmadığını vurğulayıb. O, İsrailin və Netanyahunun siyasətlərini tənqid edərək deyib: “Mən yəhudi olmağımla fəxr edirəm və İsraildə də yaşamışam. Lakin təəssüf ki, İsraili irticaçı bir irqçi idarə edir. İsrailin təhlükəsizlik içərisində yaşamaq hüququnu müdafiə edirik, lakin, Fələstin xalqının ağrısına göz yuma bilmərik”.

Hurriyyet.org