ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir.
Hurriyyet.org xəbər verir ki, bu haqda CNN hərbi mənbələrə istinadən məlumat yaydıb.
Məlumata görə, təyyarənin göyərtəsində 9 nəfər olub.
Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.
Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub.