ABŞ-a hərbi avadanlıq göndərən azərbaycanlı saxlanıldı – FOTO

    30

    Rusiyadan ABŞ-a hərbi avadanlıq göndərən azərbaycanlı saxlanılıb.

    Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Kaluqa vilayətinin Maloyaroslavets şəhərində yaşayan Azərbaycan vətəndaşı ötən ilin yazında yerli poçtdan bağlamayla ABŞ-a R-853V1 “Varevo-1” tipli radiostansiyasının qulaqcıqlarını, batareya və antenlərini göndəribmiş.

    Adıgedən radiostansiya istisnasız olaraq Rusiya ordusunda istifadə edilir və başqa ölkəyə göndərilməsi qəti qadağandır.

    R-853V1 “Varevo-1” hərbi aviasiyada istifadə edilən qurğudur. Rusiyalı çekistlər bağlamanın izinə hələ ötən yazdan çıxıblarmış. Nəhayət, həmin bağlamanın Azərbaycan vətəndaşının göndərdiyi müəyyən edilib.

    Onun barəsində cinayət işi qaldırılıb.