Suriyada rus qırıcısı partladı

    9

    Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Dəməşq şəhərinin şərqində qəzaya uğrayıb. Hərbi təyyarənin pilotunun taleyi hələlik naməlumdur. Onun müxalif qüvvələrin əlinə düşdüyü ehtimal edilir. İlkin məlumata görə, təyyarə qəzasına texniki nasazlıq səbəb olub. Qırıcının düşdüyü ehtimal edilən əraziyə axtarış qrupu yollanıb. Verilən bəzi məlumatlara görə, Miq-23 hərbi təyyarəsi İŞİD qruplaşması tərəfindən vurulub.