“Türkiyəni getdiyi yoldan döndərmək istəyirlər” – SƏRDAR CƏLALOĞLU Ilə Azer Mammadli - 16:50 - 29 İyun, 2016 21 Share Facebook Twitter WhatsApp Linkedin Email Print Telegram Götürək ABŞ-ı. ABŞ-da hüquq mühafizə orqanları ciddi işləyir. Ancaq burada qoşa qüllələrin məhv edilməsi, bu yaxınlarda bir müsəlmanın gey klubuna daxil olub terror törətməsi, ayrı-ayrı məktəblərdə baş verən terror hadisəsinin qarşısını almaq mümkün olmayıb. Eləcə də Fransada baş verən terrorun qarşısını ala bildilərmi? Belçikada baş verən terror hadisəsini də qeyd edə bilərik. Bu o deməkdir ki, ABŞ, Fransa və Belçika polisi düz işləmir? Rusiyanın özündə dəfələrlə terror olub. Sadəcə olaraq bir ölkə daha böyük terror riski altındadırsa, burada hüquq mühafizə orqanları nə qədər təkmil işləsə də, terror hallarının baş verməsi qaçılmaz olur.