BŞDYPİ-nin «fenomen» adamı: RƏŞADƏT BABAYEV

    9

    DYP işçiləri etiraf ediblər ki, sərxoş vəziyyətdə olan sürücünü saxlayandan sonra onları qeydiyyata almaq üçün sözügedən məntəqəyə apardıqda heç bir hal şahidindən istifadə etmirlər. Daha doğrusu, kitaba elə öz qohum-əqrəbalarının adlarını yazdırıb, onları hal şahidi olaraq göstərirlər. DYP əməkdaşları bildirirlər ki, bunu etməkdə məqsədləri bir neçə yerə bölünür. Birincisi, hətta ayıq vəziyyətdə saxladıqları sürücünün məhkəmədə üzünə duran adamların özlərinki olmasıdır ki, sonra sürücü boyun qaçıra bilməsin və məhkəmə «hal şahid»lərinin dediklərini əsas götürüb, qərar çıxarsın. İkincisi isə saxlanılma saxlanılma zamanı 4 hal şahidinin tapılmasının problem olduğunu nəzərə alaraq, öz qohumlarının adlarını qeydiyyata saldırırlar ki, qanunvericiliyi «pozmasınlar». /jam.az/