“Bəlkə də bunu unutmamışdı” – rəqibləri Heydər Əliyev haqda Ilə Azer Mammadli - 10:55 - 15 İyun, 2016 18 Share Facebook Twitter WhatsApp Linkedin Email Print Telegram T. Kərimli qeyd edib ki, o Ali Məhkəmənin sədri olanda Heydər Əliyevlə görüşüb: “O, mənimlə işləmək istəyirdi. O zaman çoxları vəzifələrini dondururdu. Mənə işləmək təklifi edəndə dedim ki, mənim öz prezidentim var. O da “sənin prezidentin Kələkidədir” dedi. Mən istefa ərizəmi yazanda rayona getməli idim. Anamı ölümlə hədələmişdilər. Heydər Əliyev mənim istefa ərizəmi Milli Məclisdən özü səsləndirdi və bildirdi ki, Tahir Kərimli Ali Məhkəmənin sədri işləyərkən heç bir qanunu pozmayıb. Mən bizim hakimiyyətimizdə nadir insanlar oldum ki, təmiz işlədim, haqımda heç bir tədbir görülmədi. O ağır dövrlərdə mən bilmirdim ki, o, prezident olacaq. Amma onu dəfələrlə müdafiə etdim. Milli Məclisdə başqalarının üstünə qışqıraraq “kəs səsini” dedim. Bəlkə də bunu unutmamışdı”.