Moskvada növbəti terror həyəcanı – 400 NƏFƏR TƏXLİYYƏ OLUNDU

    18

    Bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX ) Moskvada terror aktlarını planlaşdıran döyüşçülər qrupunu ifşa edib. Bu barədə Federal Təhlükəsizlik Xidməti xəbər yayıb. FTX əməkdaşları 12 nəfəri saxlayıb. Saxlanılanların yaşadığı Yasnevo rayonunda axtarışlar zamanı yaşayış evindən silah-sursat aşkar edilib. Evdən partlayıcı maddə, qumbaralar, Kalaşnikov avtomatları və ekstremist ədəbiyyatı tapılıb. /anspress/