Ermənistan Laçın istiqamətindəki qoşunlarını poliqonlara çıxardı

    6

    Təlimlərin gedişini müdafiə naziri Seyran Ohanyan izləyib. Xatırladaq ki, mayın 21-də Ohanyan Qarabağa gəlib və işğalçı hərbi qüvvələrin inspeksiyasını həyata keçirib. Ermənistan silahlı qüvvələrinin 1-ci korpusu Azərbaycanla sərhəddə, Laçın-Qubadlı istiqamətində dislokasiya olunub. Korpusun qərargahı Gorus şəhərində yerləşir. Korpusun tərkibində bir əlahiddə ehtiyat batalyonu, bir əlahiddə kəşfiyyat batalyonu və iki motoatıcı polk var(virtualaz.org).