«Seymur Həziyə görə bu maddə amnistiyaya düşmür» – VƏKİL

    3

    – Özbəkistan, Türkmənistan, hətta İran, Rusiya kimi dövlətlərdə belə bu maddələr amnistiyaya düşür. Hələ mən demokratik dövlətləri demirəm, orda amnistiyanın tətbiqi dairəsi daha geniş olur. Belə dövlətlərdə ağır cinayətlər birinci növbədə amnistiyanın təsiri altına düşür. Çox əfsuslar ki, Azərbaycanda konkret maddələrə məhdudiyyət qoyulur, bununla konkret şəxslərin cəzaçəkməsi nəzərə alınır, buna görə başqaları da əziyyət çəkirlər. Məsələn, CM-nin 221.2-ci maddəsi ilə ittiham irəli sürülmüş Seymura görə bu maddə də amnistiyaya düşmür. Ümumiyyətlə, o maddəni amnistiya qərarında ayrıca vurğulanmasını da düzgün saymıram. Buna ehtiyac yox idi. Sadalasam daha çox nöqsan var, amma elə bunlar da yetərlidir(azadliq.org).