Papanın bacısı oğlu qarət olundu

    12

    Argentinada naməlum şəxslər Roma papasının bacısının oğlu Xose İqnasio Berqolyo oğruların qurbanı olub. ANS PRESS-in məlumatına görə, Buenos-Ayres yaxınlığında yaşayan Berqolyonun avtomobilini iki şəxs saxlayıb və maşına minərək bir neçə küçə keçərək insanların olmadığı yerdə saxlamağa vadar ediblər. Daha sonra cinayətkarlar onu bıcaqla təhdid edərək maşınında olan pulu, üst geyimini və paltarla dolu kisəni götürüb hadisə yerindən uzaqlaşıblar.