Əli Kərimli evinin qarşısındakı aksiyadan yazdı – “ORDUYA “DUR!“ ƏMRİNİ MƏN VERMİŞƏM, YOXSA İLHAM ƏLİYEV?“

    6

    «İndi bunlar qəhrəman ordumuzun zəfər yürüşünü dayandırıb, bir saatdan bir mənim evimin qarşısında aksiyalar keçirirlər. Evimizin qarşısında rejimin göndərdiyi dəstə qışqırır ki, «Qarabağ bizimdir, bizim olacaq!». Adamdan soruşarlar ki, ordumuza «dur!» əmrini mənmi vermişəm, yoxsa sizin lideriniz İlham Əliyev? Ölkəmizi erməninin dostu, himayədarı Rusiya asılılığına aparan mənəm, yoxsa İlham Əliyev? Bu xalqdan oğurlanıb, Panamada ofşor hesablarda gizlədilən milyardlar da bəlkə, İlham Əliyevin yox, mənimdir?…» – deyə partiya lideri vurğulayıb.