Neft bahalaşmaqda davam edir

    12

    Dünya bazarından neftin qiyməti 40 dolları keçib. Bu barədə fins.az “Bloomberg“ agentliyinə istinadən xəbər verir. Məlumata görə, London əmtəə birjasında “Brent“ markalı qara qızılın 1 barreli 0,63 dollar və ya 1,59 % artaraq 40,28 dollara satılıb. Nyu-York birjasında isə “WTI“ markalı qara qızılın hər barreli 0,48 dollar və 1,32 % bahalaşaraq 36,98 dollar olub.