Bakıda iki dost döyüldü

    6

    Bakının Nərimanov rayonunda iki nəfər döyülüb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Neymətulla küçəsi, 50 ünvanında qeydə alınıb. Mingəçevir şəhər sakini, 1976-ci il təvəllüdlü Əmiraslan Aslanov xuliqanlıq zəminində Bakı şəhər sakinləri – 1989-cu il təvəllüdlü Elvin Məmmədov və onun dostu İlyas Daşdəmirovu döyərək, onlara xəsarət yetirib. Elvin Məmmədov və İlyas Daşdəmirova xəstəxanada tibbi yardım göstərilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.