Flora Kərimova niyə SSRİ xalq artisti adından imtina edib?

    6

    “O vaxt SSRİ xalq artisti olmaq üçün 2 respublikanın xalq artisti olmaq mütləq idi. Mənə Ermənistanın da xalq artisti olacağım halda SSRİ xalq artisti adı veriləcəyini dedilər. Mən isə bundan imtina etdim, çünki vaxtı ilə onlar babam atı ilə Topxanadan keçəndə başını kəsib xurcuna qoymuşdular. Babamı at darvazamızacan gətirmişdi. Bir dəfə də mən türk mahnısı oxumuşdum, ermənilərin xoşları gəlmirdi deyə, məni o vaxtkı Mədəniyyət Nazirliyinə çağırmışdılar ki, oxumayım. Amma yenə də çıxıb həmin mahnını oxumuşdum. Düzgün başa düşün, mənim erməni xalqı ilə bir problemim yoxdur. Mənim xalqıma, torpağıma, musiqimə qarşı olan insanlara kinim var. Tək istəyim də torpaqlarımızın azad olmasıdır”.