Neftimiz ucuzlaşdı

    3

    Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,57 dollar və yaxud 3,21% azalıb.

    Hurriyyet.org xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 77,55 dollar/barelə bərabər olub.

    Qeyd edək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.