Xəzərdə zəlzələ oldu

    18

    Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

    Hurriyyet.org bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    İlkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 10:56-da Xəzər dənizində qeydə alınıb.

    Maqnitudası 3.4, dərinliyi 54 km olan zəlzələ hiss olunmayıb.