20 mindən çox məhbus sıra ilə yatır – TÜRKİYƏDƏ

    15

    Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyədə hakimiyyəti dövründə ölkədəki həbsxanaların sakinlərinin sayı 285 faiz artıb.

    Hurriyyet.org xəbər edir ki, Yeniavaz.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) insan haqlarından məsul sədrinin müavini Tekin Bingöl deyib.

    Onun hazırladığı hesabatda deyilir ki, həbsxanalarda 20 mindən çox məhkumun yatağı sıra ilə istifadə olunur.

    Bildirilir ki, 2017-ci ilin dekabrına olan məlumata görə, 100 hamilə qadın və ya yeni doğuş edən təxminən 600 qadın kiçik uşaqları ilə birlikdə həbsdə saxlanılır.

    Ədliyyə Nazirliyinin məlumatına görə isə Türkiyədə ümumilikdə 228 993 nəfər həbsxanada saxlanılır.

    T. Bingölün hesabatında deyilir ki, son 16 ildə təqribən 3 432 məhbus həyatını dəyişib: “Həbsxanalarda kifayət qədər həkim və tibbi heyət yoxdur. Təkcə 2015-ci ildə həbsdə ölənlərin sayı 426 nəfərdir. Bunlardan 43-ü intihardır”.

    O da deyilir ki, ümumilikdə 2800 uşaq məhbus həyatı yaşayır.