Hacı Əliyevdən qızıl medal – “Minsk-2019”

    33

    Azərbaycan güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxıb.

    Yığmamızın liderlərindən biri – 3 qat dünya və 3 qat Avropa çempionu 65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İdmançımız bu mərhələyədək Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib. O, həlledici görüşdə rəqibini 10-2 hesabı ilə üstələyərək qızıl medala sahib olub. \\Redaktor.az