Xəzərdə zəlzələ oldu

    12

    Bu gecə Xəzər dənizində zəlzələ olub.

    Hurriyyet.org bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    İlkin məlumatlara əsasən, yerli vaxtla 03:26:31-də Xəzər dənizdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

    Zəlzələnin maqnitudası 3,9, dərinliyi 59 km olub.