Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT

    12

    Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru təyin olunub.

    Hurriyyet.org bildirir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

    V.Babayev bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.

    Qeyd edək ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi-tədqiqat institutları tərəfindən 2015-ci ildən 23 proqram üzrə tədqiqat işlərinin reallaşdırılmasında 96 tematik plan təsdiq edilib.