Hacıqabulda ağır qəza – ÖLƏN VAR

    24

    Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padar kəndi ərazisində qeydə alınıb .

    “KamAZ” və iki “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri – Bakı şəhər sakini Əyyub Atakişiyev xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.