Neft ucuzlaşdı

    6

    Dünya birjalarında neft ucuzlaşıb.

    Hurriyyet.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,36% azalaraq 71,58 dollar təşkil edib.

    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar ya 0,43% azalaraq 79,46 dollar təşkil edib.

    "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,43 dollar və ya 1,76 azalaraq 79,89 dollar təşkil edib.