96 yaşlı kişi dünya rekorduna imza atdı

    9

    96 yaşlı amerikalı Roy Enqlert 5000 metr məsafəyə qaçışda öz yaş qrupunda yeni dünya rekordu müəyyən edib.

    “Runners World” nəşri xəbər verir ki, Ayova ştatında keçirilən yarışda o, 5 kilometr məsafəni 42 dəqiqə 30,23 saniyəyə qət edib.

    Bildirildiyinə görə, 95-99 yaş arası qrupda 800, 1500 və 3000 metr məsafəyə qaçışda da dünya rekordu Enqlertə məxsusdur.