96 nəfərin öldüyü təyyarə qəzasının VİDEOSU

48

Pakistanda Beynəlxalq Hava Yollarına məxsus “Eyrbas-320” təyyarəsinin qəza anının videosu yayılıb.

Qəzaya uğrayan təyyarədə 91 sərnişin və 7 heyət üzvü olub.

Pakistan Mülki Aviasiya Təşkilatı nümayəndəsinin sözlərinə görə, qəza nəticəsində ən azı 2 nəfər sağ qalıb.

Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan bildirib ki, təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində 5 ev dağılıb və bir neçə avtomobil yararsız hala düşüb. \\Modern.az