90 min nəfəri gənə dişlədi – Rusiyada TƏHLÜKƏ

    6

    Rusiyada son iki ay ərzində 90 min nəfərə yaxın insan gənə dişləmələri səbəbindən həkimə müraciət edib.

    Hurriyyet.org xəbər verir ki, həkimə müraciət edənlər arasında borrelioz, erlixioz, anaplazmoz kimi xəstəliklər aşkarlanıb.

    Buna baxmayaraq, Rusiya Səhiyyə Nazirliyi ötən ilin müvafiq dövrünə nisbətən gənə dişləmələrinin 5 faiz azaldığını bəyan edib.

    Ən çox gənə dişləmələri Kemerovsk, İrkutsk, Sverdlovsk, Sankt-Peterburq və Altayda qeydə alınıb.