82 yaşlı kişi qoyun sürüsünün altında qalaraq öldü – GÖYÇAYDA

15

Göyçay rayonunda ölüm hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Məmmədov orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.